Şrift:
İsrail ordusu dekabrın 1-dən Qəzza zolağında 2 min radikalı məhv edib
22.12.2023 [10:08] - Gündəm, Siyasət
Dekabrın 1-dən Qəzza zolağında İsrail Müdafiə Qüvvələrinin bölmələri qurudan, dənizdən və havadan zərbələr endirməklə anklavda 2 mindən çox radikalı məhv edib.

Bunu İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Həcəri bildirib.

“Həmas Qəzza zolağında quru əməliyyatı zamanı atəşkəsi pozandan bəri [İsrail] bölmələrimiz havadan, dənizdən və qurudan 2000-dən çox terrorçunu məhv edib”, o, brifinq zamanı deyib.

"Birliklərimiz Qəzzanın cənubunda və şimalında quru əməliyyatlarını genişləndirməyə davam edir. Biz Qəzza zolağının hər yerində havadan, qurudan və dənizdən əməliyyatları davam etdiririk", - Həcəri əlavə edib.
Bu xəbər oxucular tərəfindən 516 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed