Şrift:
Prezidentə TƏBRİK
24.12.2023 [09:34] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, Ali Baş Komandan
İLHAM ƏLİYEV cənabları !



Sizi, doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.44 günlük Zəfərlə ,bir günlük antiterror əməliyyatı ilə Azərbaycanın bütövlüyünü təmin edən,xalqımızı müzəffər xalqa, dövlətimizi qalib dövlətə çevirən sərkərdənin doğum günü hər kəsin bayramı sayılar.Türk dünyasının inteqrasiyası siyasəti başda olmsqla milli maraqlarımıza xidmət edən xarici siyasətiniz qısa zaman kəsiyində Azərbaycan dövlətinə böyük nüfuz qazandırmış, müdafiə qabiliyyətimizin gücləndirilməsinə səbəb olmuşdur. Sizin əməli işinizin, prinsipial və gərgin əməyinizin nəticəsində İqtisadiyyatımızın davamlı inkişafı, sosial problemlərin sürətlə aradan qaldırılması, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılması, cəmiyyətimizin dеmоkratikləşməsi yolunda əngəl olan qurama “Qarabağ problemi”keçmişdə qalmışdır.Növbəti prezident seçkilərində də qələbə çalacağınıza və yarım qalmış bütün digər problemlərimizin də həll edəcəyinizə tam əminəm.
Uğurlu quruculuq və inkişafa yollar açılmışdır.Sizə bu yolda uğurlar arzulayır və bütün imkanlarımızla yanınızda olduğumuzu bəyan edirik.
Möhtərəm, cənab prezident!

Sizi bir daha doğum gününüz münasibətilə öz adımdam, Milli Dirçəliş Hərəkatı Partiyasının üzvləri adından təbrik edir, möhkəm can sağlığı ,xoşbəxtlik, çətin və şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram.

Sayğılarla. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev.
Bu xəbər oxucular tərəfindən 1011 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed