Şrift:
Fərəc Quliyev:İnkişaf və böyük zəfərlərə nail olmağın açarı həmrəylik və birlikdir
01.01.2024 [12:49] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
"31 dekabr 1989-cu ildə təşkilatçı və iştirakçılarından biri olduğum “Sərhəd Hərəkatı”nın yekunu olaraq imperiyalar tərəfindən Azərbaycanımızı bölən sərhədlərin yandırılması günü, tariximizə Həmrəylik bayramı kimi daxil oldu".

Bunu Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev deyib.

Partiya rəhbəri qeyd edib ki bu hərəkat son 200 ildə Azərbaycanın bölünməsinə ən böyük milli etiraz kimi Vətəni bölən imperiyaların iradəsini ayaqlar altına atdı:

"Hərəkat sübut etdi ki, ruhən bölünməyən xalqı texniki vasitələrlə, tikanlı məftillərlə bölmək olmaz. Artıq bu bayramı da, digər bayramlar kimi Azərbaycan xalqı Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra daha fərqli - Qarabağlı, qələbəli, qürurlu, başı uca qeyd edir. İkinci Qarabağ savaşındakı qələbə bütün xalqın birləşərək milli birlik sərgiləməsi, milli maraqların qorunmasında sonsuz fədakarlıq göstərməsi nəticəsində mümkün oldu. Bütün dünyada heyranlıq doğuran bu birliyin yaranmasını və xalqın vahid vətənçilik düşüncəsi ilə davranışını əslində "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" bayramının fəlsəfəsi tam olaraq özündə ehtiva edir. Milli təhlükəsizlik, inkişaf və böyük zəfərlərə nail olmağın açarı həmrəylik və birlikdir. Bu idealların simvolu kimi böyük bir məna ifadə edən Həmrəylik Bayramımızın və Yeni təqvim ilinin kiçik dövlət olan ailələrimizə və böyük ailə olan dövlətimizə düşərli olmasını diləyirəm. Sağlam həyat, gözəl əhval və böyük uğurlar arzulayıram!".

İsmayıl Qocayev/sherg.az
Bu xəbər oxucular tərəfindən 771 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed