Şrift:
Demokratların qələbəsi Amerikanı xilas edəcək - Bayden
07.01.2024 [11:11] - Siyasət
ABŞ-də noyabrda keçiriləcək prezident seçkilərində yalnız Demokratların qələbəsi Amerikanı xilas etməyə imkan verəcək.

Bunu ABŞ Prezidenti Co Bayden Pensilvaniya ştatında seçicilərin qarşısında çıxış edərkən deyib.

“Bu seçkilər Amerikanı xilas etmək üçün son şansınızdır”, - deyə ABŞ lideri qeyd edib.

Onun sözlərinə görə, keçmiş Prezidenti Donald Trampın Ağ Evə qayıtmaq səyləri ölkə üçün ciddi təhlükə daşıyır.

Bayden 2021-ci il yanvarın 6-sı Tramp tərəfdarlarının Konqres binasına hücumunu xatırladaraq deyib: “Biz o zaman az qala Amerikanı, hər şeyi itirirdik”.
Bu xəbər oxucular tərəfindən 327 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed