Şrift:
Yaponiyanın XİN başçısı Türkiyəyə gedəcək
08.01.2024 [10:33] - Gündəm, Siyasət
Yaponiyanın xarici işlər naziri Yoko Kamikava yaxın günlərdə Türkiyəyə səfər edəcək.

Bu barədə xarici KİV-lərə istinadən xəbər veririk.

Məlumata görə, onun iki ölkə arasında əlaqələrin genişləndirilməsini, Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, bu gün Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Ukraynaya gözlənilməz səfər edib.

Yoko Kamikavanın həmçinin, bir neçə Avropa ölkəsinə, o cümlədən Polş və Finlandiyaya, eləcə də ABŞ səfər edəcəyi gözlənilir. Yaponiyalı nazirin Ukraynaya səfəri barədə əvvəlcədən məlumat verilməyib.
Bu xəbər oxucular tərəfindən 337 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed