Şrift:
Netanyahu "Hizbullah"a xəbərdarlıq etdi
08.01.2024 [10:35] - Gündəm, Siyasət
İsrail hökuməti "Hizbullah"la münaqişəni sülh yolu ilə həll etməyə hazırdır, əks təqdirdə digər üsullarla hərəkət edəcək.

Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu hökumət iclasında deyib.

Netanyahu İsrailin öz vətəndaşlarını qorumaq və ölkənin şimal sakinlərinin evlərinə qayıtması üçün tam qətiyyətli olduğunu bildirib.

"Alınarsa, biz bunu siyasi yollarla edəcəyik, əks təqdirdə digər üsullarla hərəkət edəcəyik", - deyə o, bildirib.

Qeyd edək ki, bir qədər əvvəl İsrailin sabiq müdafiə naziri Benni Qantz da bənzər açıqlama verib. O, İsrailin lazım gələrsə, "Hizbullah"la hərbi toqquşmaya girə biləcəyini istisna etməyib.

"İsrail siyasi həldə maraqlıdır. Lakin bu, baş verməzsə, İsrail dövləti və İsrail Müdafiə Qüvvələri təhdidi aradan qaldıracaq.

İsrailin təhlükəsizliyinin prioritet olduğunu deyən Qantz İsrail hərbi kabinetinin də eyni mövqedə olduğunu bildirib.
Bu xəbər oxucular tərəfindən 346 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed