Şrift:
İsrail ordusu Qəzza zolağındə yerləşən böyük raket zavodunu ələ keçirib
09.01.2024 [10:42] - Gündəm, Siyasət
İsrail Müdafiə Qüvvələri (ÇAXAL) döyüşlər zamanı Qəzza zolağında "uzaq mənzilli" mərmilərin istehsal edildiyi ən böyük yeraltı raket zavodunun nəzarətə götürüldüyünü bildirib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

"ÇAXAL [Qəzza zolağından] Şimali İsrailə çata bilən uzaq mənzilli raketlər istehsal etmək üçün yeraltı fabrikə nəzarəti ələ keçirib. Bu, müharibə başlayandan bəri aşkar edilmiş ən böyük silah istehsalı müəssisəsidir", - deyə qeyd olunub.

Bildirilib ki, bu ərazi yeraltı tunellərlə Qəzza zolağı boyunca HƏMAS batalyonlarına silah çatdırmaq üçün istifadə edilən geniş tunellər şəbəkəsinə bağlıdır.

Həmçinin əlavə olunub ki, hərbçilər "HƏMAS"ın "əl-Bureyc" bölməsinin qərargahını da nəzarətə götürüblər.
Bu xəbər oxucular tərəfindən 371 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed