Şrift:
Azərbaycan-Ermənistan delimitasiya komissiyası komissiyasının növbəti görüşünün tarixi açıqlanıb
09.01.2024 [10:43] - Gündəm, Siyasət
Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların fəaliyyəti çərçivəsində növbəti görüş yanvarın sonunda gözlənilir.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli telekanallardan birində deyib.

"Razılaşma var ki, delimitasiya komissiyaları yanvarın sonunda yenidən görüş keçirəcəklər. Ümid edirik ki, bu görüş baş tutacaq", - deyə o bildirib.

Qeyd edək ki, 30 noyabr tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü keçirilib.
Bu xəbər oxucular tərəfindən 354 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed