Şrift:
Roma Papası İrəvan və Bakıya sülh çağırışı edib
09.01.2024 [10:58] - Siyasət
Roma Papası Fransisk Ermənistan və Azərbaycanı sülh əldə etməyə çağırıb.

Papa bu barədə Vatikanda akkreditasiya olunmuş diplomatlara müraciətində deyib.

Bundan başqa, Ukraynadakı vəziyyətə də toxunan Papa Fransisk münaqişəni danışıqlar yolu ilə həll etməyə çağırıb.

Xatırladaq ki, Roma Papası Fransisk builki Milad təbrikində də Azərbaycan-Ermənistan münasibətlərinə toxunub. Belə ki, Papa iki ölkə arasında sülhün əldə olunmasını arzulayıb.
Bu xəbər oxucular tərəfindən 478 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed