Şrift:
Seçki məntəqələrinin sayı açıqlandı
12.01.2024 [10:49] - Gündəm
Ölkədə 125 seçki dairəsi üzrə 6319 seçki məntəqəsi var.

Bunu Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimli “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, seçki məntəqələrinin 26-sı işğaldan azad olunmuş ərazilərdə yerləşir.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Bu günə qədər 17 nəfər prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiqlənməsi üçün müraciət edib.
Bu xəbər oxucular tərəfindən 265 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed