Şrift:
HƏMAS Qəzza zolağında tunellərin tikintisinə milyonlarla dollar xərcləyib
12.01.2024 [10:53] - Siyasət
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında yeraltı infrastrukturunun tikintisinə milyonlarla dollar xərcləyib.

Bu barədə “Yedioth Ahronoth” qəzeti İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qəzzada aşkar edilmiş tunellər şəbəkəsinin və kəşfiyyat məlumatlarının təhlilinə əsaslanaraq İsrail ordusu bu qənaətə gəlib ki, on milyonlarla dollara başa gələn yüzlərlə kilometr yeraltı infrastrukturun qurulması üçün ümumilikdə 6 min tondan çox beton və 1,8 min ton metaldan istifadə edilib.

Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant HƏMAS-ın yeraltı infrastrukturunun ləğvini Qəzza zolağında hərbi əməliyyatların əsas məqsədlərindən biri adlandırıb.
Bu xəbər oxucular tərəfindən 362 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed