Şrift:
"Akkuyu" AES-nin ilk reaktorunu 2024-cü ildə işə salmağı planlaşdırılır
12.01.2024 [10:56] - Gündəm
Türkiyədə tikilməkdə olan "Akkuyu" Atom Elektrik Stansiyasının ilk reaktorunun 2024-cü ildə işə salınması planlaşdırılır.

Bu barədə Türkiyə energetika naziri Alparslan Bayraktar deyib.

""Akkuyu" AES-in ilk reaktorunun bu il işə salınması planlaşdırılır", - deyə o bildirib.

Qeyd edək ki, "Akkuyu" AES Rusiya dövlət korporasiyası "Rosatom" tərəfindən tikilən Türkiyə Respublikasında ilk atom elektrik stansiyasıdır. Atom elektrik stansiyasının hər blokunun gücü 1200 MVt olacaq.
Bu xəbər oxucular tərəfindən 269 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed