Şrift:
Milli Məclisin deputatlarının məzuniyyəti başa çatıb
15.01.2024 [11:42] - Gündəm
Milli Məclisin deputatlarının məzuniyyəti başa çatıb.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclis yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir. Beləliklə, fevralın 1-dək olan müddətdə parlamentin komitələrinin iclasları keçiriləcək, komitələrin İş planları qəbul ediləcək, daxil olan qanun layihələri müzakirə edilərək plenar iclasa tövsiyə olunacaq.
Bu xəbər oxucular tərəfindən 243 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed