Şrift:
Fərəc Quliyev:Növbədənkənar seçki olduğu üçün hazırlığımız çox məhduddur.
17.01.2024 [10:45] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev olacaq. Bəs müxalif düşərgədə seçkiyə hazırlıq hansı səviyyədədir? Keçiriləcək seçkilərdə YAP-ın namizədi ilə kimlər mübarizə aparacaqlar?

Ednews bu barədə siyasi partiyalar arasında sorğu keçirib.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev:

“Ümumiyyətlə yanaşmamız budur ki, bir partiya mövcuddursa bütün seçkilərdə iştirak etməlidir. Çünki partiya öz düşüncəsini hakimiyyətə daşımaq, hakimiyyətə gəlmək istəyirsə, bunun yolu seçkidir. Seçkiyə qatılmamaq partiyanın fəaliyyətində suallar doğurar. Ona görə də MDHP indiyə qədər bələdiyyə, parlament, prezident seçkilərində iştirak edib. Lakin indi növbədənkənar seçki olduğu üçün hazırlığımız çox məhduddur. Biz əvvəlki seçkilərdə xeyli vaxt qalmış hazırlaşırdıq. Materialları, nümayəndələri, məntəqələri, müşahidəçiləri hazırlayırdıq və bununla əlaqəli digər işləri görürdük. Amma indi bir az seytnot vəziyyətidir. Seçkilərdə iştirak etməyi çox istəyərdik. Çünki səbəb və nəticə hər nə olursa-olsun, seçkidə partiya ən azından yaxşı təbliğat qurur, öz təşkilatının gücünü yoxlayır, ideya, fikirlərini təbliğ edə bilir. Hətta müvafiq uyğun vəziyyət yaranarsa, digər namizədlərlə birlikdə ortaq davranış nümayiş etdirib qalib gəlmək imkanını da əldə edir. Amma indi növbədənkənar seçkilərdə vaxt məhdudiyyəti mövcuddur. Buna baxmayaq, partiyamız özünün qanunvericilik orqanında bu məsələni müzakirə edəcək. Qəbul edilən qərara müvafiq olaraq davranacağıq. İmkanlarımız olsa, çatdıra bilsək, seçkilərdə iştirak edəcəyik. Bütün partiyaların seçkilərdə iştirak etməsini həm cəmiyyət, həm də partiya üçün faydalı olduğunu düşünürəm”.

Oğuz/ednews.net
Bu xəbər oxucular tərəfindən 523 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed