Şrift:
Daha bir isveçli kosmosa uçacaq
17.01.2024 [11:01] - Gündəm
İsveçli Markus Vandt Floridada yerləşən Kennedi Kosmik Mərkəzindən Beynəlxalq Kosmik Stansiyasına səyahətinə başlayacaq.

Bu barədə Avropa Kosmik Agentliyi (EKA) xəbər verib. Bildirilib ki, 43 yaşlı Markusla birgə daha üç kosmonavt səyahət edəcək.

Beləliklə, Markus Vandt Krister Fuqlesang və İsveç əsilli amerikalı Cessika Meirdən sonra kosmosa çıxan üçüncü isveçli olacaq.
Vandt rekord müddətdə kosmonavt olmuş isveçlidir. Fuqlesang və Meirdən fərqli olaraq, keçmiş qırıcı pilotu Vandt rekord qısa müddətdə kosmosa uçuşa hazır olub. Adətən kosmonavt baza hazırlığını təxminən iki il ərzində aparır, ondan sonra missiyanın yerinə yetirilməsi üçün xüsusi hazırlıq keçir.

Markus Vandt hələ 2022-ci ilin noyabrında EKA-ya ehtiyat astronavt qismində qəbul olunub, kosmosa getmək təklifini isə ötən ilin iyun ayında alıb.
Bu xəbər oxucular tərəfindən 266 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed