Şrift:
ABŞ Türkiyəyə F-16 təyyarələri satacağını təsdiqləyib
18.01.2024 [13:24] - Siyasət
Türkiyəyə F-16 satışını dəstəkləməyə davam edirik.

Bu barədə Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi gündəlik brifinqdə deyib.

Onun sözlərinə görə, Bayden administrasiyası vəzifəyə başladığı gündən bu mövzu ilə bağlı eyni mövqedədir.

Ağ Evin nümayəndəsi F-16 satışına dair Konqresə rəsmi bildirişin nə vaxt veriləcəyi ilə bağlı dəqiq bir tarix açıqlamayıb.

Bu xəbər oxucular tərəfindən 319 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed