Şrift:
İsrail ordusu Qəzza zolağının cənubunda əməliyyatları genişləndirəcək
22.01.2024 [10:10] - Siyasət
İsrail Müdafiə Ordusu (ÇAXAL) Qəzza zolağının cənubundakı Xan Yunis bölgəsində əməliyyatları genişləndirəcək.

Bu barədə İsrail müdafiə naziri Yoav Qalant deyib.

"Biz Xan Yunis ərazisində intensiv əməliyyatlar aparırıq və onları genişlənməyə davam edəcəyik", - deyə nazir bildirib.

Y.Qalant əlavə edib ki, “tanklardan, artilleriyadan və hava qüvvələrinə məxsus təyyarələrdən tüstü dumanları biz hədəflərimizə çatana qədər Qəzza zolağının səmasını örtməyə davam edəcək”. O, bu məqsədləri HƏMAS-ın məğlubiyyəti və israilli girovların evlərinə qayıtması adlandırıb.
Bu xəbər oxucular tərəfindən 215 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed