Şrift:
Səudiyyə Ərəbistanı İsraillə münasibətləri normallaşdırmaq üçün şərt qoyub
22.01.2024 [10:11] - Gündəm, Siyasət
Fələstin probleminin uzunmüddətli həlli tapılmayana qədər Səudiyyə Ərəbistanı İsraillə münasibətlərini normallaşdıra bilməyəcək.

Bu barədə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səud CNN telekanalına müsahibəsində bildirib.

O, jurnalistin müvafiq sualına cavabında deyib: “Bizim üçün faydalı olan yeganə yol budur. Sabitliyə ehtiyacımız var, ümid edirəm ki, bu, Fələstin probleminin həlli ilə əldə olunacaq”.
Bu xəbər oxucular tərəfindən 221 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed