Şrift:
Azərbaycan illik ixracını 1 milyard ABŞ dollarından çox artıra bilər - BMT rəsmisi
24.01.2024 [10:38] - İqtisadiyyat
Azərbaycan yaxın 5 il ərzində illik ixracını 1 milyard ABŞ dollarından çox artırmaq potensialına malikdir.

Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Bakıda keçirilən "Ticarətdə qeyri-tarif baryerləri" mövzusunda tədbirdə deyib.

"Son bir neçə il ərzində Azərbaycanın ixracı daima artaraq, 2022-ci ildə 35 milyard ABŞ dollarına çatıb. Eyni zamanda, son beş il ərzində qeyri-mineral ixracı təqribən ikiqat artıb. Yaxın 5 il ərzində Azərbaycan illik ixracını 1 milyard ABŞ dollarından çox artırmaq potensialına malikdir", - o deyib.
Bu xəbər oxucular tərəfindən 354 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed