Şrift:
Yaponiya Türkiyə parlamentinin İsveçin NATO-ya qoşulması ilə bağlı qərarını dəstəkləyib
25.01.2024 [09:57] - Siyasət
Yaponiya hökuməti beynəlxalq təhlükəsizlik sahəsində çətin vəziyyəti nəzərə alaraq, Türkiyə parlamentinin İsveçin NATO-ya daxil olması haqqında Protokolun ratifikasiyası barədə qərarını dəstəkləyir.

Bu barədə Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi Tokioda mətbuat konfransında deyib.

"Biz [İsveçin] NATO-ya üzvlük üçün müraciət etmək qərarını dəstəkləyirik və üzvlük prosesini başa çatdırmaq üçün göstərilən səylərə hörmət edirik. Yaponiya hökuməti hesab edir ki, beynəlxalq təhlükəsizlik mühiti getdikcə pisləşdikcə həmfikir ölkələr arasında əməkdaşlıq getdikcə daha vacib olur", - deyə o, jurnalistlərin Türkiyə parlamentində səsvermənin nəticələrinə münasibət bildirmək xahişini cavablandırarkən qeyd edib.

Y.Hayaşinin sözlərinə görə, İsveçin alyansa qoşulması beynəlxalq hüququn aliliyinin təmin edilməsinə və azad və açıq Hind-Sakit okean regionu konsepsiyasının həyata keçirilməsinə töhfə verəcək.
Bu xəbər oxucular tərəfindən 258 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed