Şrift:
NASA mütəxəssisləri Mars helikopterindən istifadəni dayandırıb
26.01.2024 [10:21] - Gündəm
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) mütəxəssisləri əvvəllər zədələnmiş “İngenuity” helikopterindən istifadəni dayandırıblar.

Bu barədə Amerika Kosmik Agentliyinin Jet Propulsion Laboratory (JPL) tərəfindən dərc edilmiş yazılı bəyanatında deyilir.

Sənəddə göstərildiyi kimi, helikopter “gözləntiləri aşaraq və planlaşdırılandan bir neçə uçuşu tamamlayaraq, Qırmızı planetdəki missiyasını dayandırıb”.

“Helikopter dik vəziyyətdə qalsa da və yerdə nəzarətçilərlə təmasda olsa da, bu həftə Yerə göndərilən 18 yanvar uçuşunun görüntüləri onu göstərir ki, eniş zamanı onun bir və ya bir neçə qanadı zədələndib və uçuş yerinə yetirə bilmir” ,- deyə sənəddə qeyd olunub.

NASA həmçinin qeyd edib ki, ilkin olaraq 30 gün ərzində İngenuity-in yalnız beş nümayiş uçuşunu planlaşdırdığını, lakin cihaz Marsda "təxminən üç il ərzində 72 uçuş həyata keçirib".

Tikintisi 80 milyon dollara başa gələn helikopter Perseverance roveri ilə birlikdə 18 fevral 2021-ci ildə Jezero Kraterinə çatdırılıb. NASA daha əvvəl altı təkərli roverin çata bilmədiyi yerləri araşdırmaq, həmçinin planetin səthinin 3D xəritələrini yaratmaq və digər elmi problemləri həll etmək üçün çəkisi 1,8 kq olan İngenuity-dən istifadə edəcəyini bildirmişdi.
Bu xəbər oxucular tərəfindən 130 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed