Şrift:
“WhatsApp”da çoxdan gözlənilən yenilik
26.01.2024 [10:26] - Gündəm
"WhatsApp"da Üçüncü Tərəf Çatlar funksiyası istifadəyə verilib.

Funksiya istifadəçilərə birbaşa "WhatsApp" proqramından digər ani messencerlərdə insanlarla söhbət etməyə imkan verir.

Hələlik sözügedən funksiya sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.
Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.
Bu xəbər oxucular tərəfindən 163 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed