Şrift:
ABŞ Ermənistanda hərbi-bioloji laboratoriya açır
26.01.2024 [10:29] - Gündəm
ABŞ Ermənistanda hərbi-bioloji laboratoriya açmağı planlaşdırır.

Bu barədə erməni KİV-lərində məlumat yayılıb.

KİV Ermənistanın müdafiə naziri Suren Papikyanın ötən həftə Pentaqonla Ermənistanda 13-cü laboratoriyanın açılması barədə saziş imzaladığını yazır.

"Hərçənd müvafiq strukturların nümayəndələri söhbətin keçmiş sanitar-epidemioloji stansiyaların Vaşinqtonun maliyyələşdirilməsi ilə müasirləşdirilən laboratoriyalarından getdiyini deyir, Nikol Paşinyan isə laboratoriyaların müasirləşdirilməsində ABŞ-nin maliyyə dəstəyinə baxmayaraq, onların əslində Ermənistan Respublikasının mülkiyyəti olduğunu deyir. Lakin bu, narahatlıqları azaltmır", - erməni KİV-i yazır.
Qeyd olunub ki, yeni laboratoriya Gümrüdə, Rusiyanın 102-ci hərbi bazasının yaxınlığında yerləşəcək.

Həmçinin, o da qeyd olunub ki, bu ABŞ-nin Gümrüdə açacağı ikinci bioloji laboratoriya olacaq. Belə ki, digər bioloji laboratoriya Gümrüdə məktəbin yaxınlığında fəaliyyət göstərir.
Bu xəbər oxucular tərəfindən 186 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed