Şrift:
İrəvan Bakıya hücum etməmək haqqında paktı imzalamağı təklif edib
29.01.2024 [10:18] - Xəbərlər, Gündəm, Siyasət
Ermənistan Azərbaycana hücum etməmək haqqında paktı imzalamağı təklif edib.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Biz Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizmini tətbiq etməyi təklif etdik. Həmçinin sülh müqaviləsinin imzalanmasının gözlənildiyindən daha çox vaxt aparacağı üzə çıxarsa, hücum etməmək haqqında paktı imzalamaq təklif olunub", - deyə Paşinyan bildirib.

O, həmçinin qeyd edib ki, Ermənistan sülh gündəminə sadiqdir.

Qeyd edək ki, sülh müqaviləsi üzrə danışıqlar birbaşa görüşlər yolu ilə aparılır.

Yanvarın əvvəlində Azərbaycana Ermənistanla sülh müqaviləsi bağlamaq üçün növbəti təkliflər paketi göndərilib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dediyi kimi, yaxın həftələrdə Azərbaycan bu təkliflər paketi ilə bağlı Ermənistana cavab verəcək.
Bu xəbər oxucular tərəfindən 430 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed