Şrift:
ABŞ Dövlət Departamenti tərəfdaşlarla Fələstin probleminin həlli istiqamətində addımları müzakirə edir
01.02.2024 [09:57] - Siyasət
ABŞ Dövlət Departamenti bölgədəki tərəfdaşları ilə İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini həyata keçirmək üçün tələb olunan konkret tədbirlərlə bağlı məsləhətləşmələr aparır.

Bunu jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

“Administrasiyanın kursu dəyişməyib. Biz açıq şəkildə bildirdik ki, müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyirik", - o, Axios internet portalında dərc olunan materialı şərh edərkən deyib.

“Bu məqsədə nail olmaq üçün administrasiya daxilində gördüyümüz işləri şərh etməyəcəyəm, lakin qeyd edim ki, buna nail olmağın bir çox yolu var, bu vəzifəyə nail olmaq üçün müxtəlif ardıcıllıqla həyata keçirilməli olan tədbirlər var. Biz geniş variantları nəzərdən keçiririk və onları regiondakı tərəfdaşlarla, eləcə də ABŞ hökumətindəki partnyorlarla müzakirə edirik. Amma kursda heç bir dəyişiklik olmayıb”, - deyə Miller əlavə edib.
Bu xəbər oxucular tərəfindən 544 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed