Şrift:
Zaxarova Ermənistanın NATO ilə yaxınlaşma cəhdinə münasibət bildirib
01.02.2024 [10:07] - Siyasət
Kimsə yaxınlıq istəyirsə, bunun nə dərəcədə təhlükəsiz olduğu və hansı nəticələrə səbəb olacağını bilməlidir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsi Xavyer Kolominanın Ermənistanın ittifaqla yaxınlaşmağı hədəflədiyinə dair açıqlamasına münasibət bildirərkən deyib.

"Biz artıq NATO ilə yaxınlığın nələrə səbəb olduğunu gördük: münaqişələrə cəlb olunma, suverenlik və müstəqilliyin itirilməsi, sözün hər mənasında və bütün sahələrdə özgə planlarının iradəsinə tabelik və ən əsası, öz milli maraqlarını həyata keçirmək imkanının olmaması", - o deyib.

Onun fikrincə, xəritəni açıb bu ölkənin hansı regionda və hansı qonşular arasında yerləşdiyinə baxmaq lazımdır.

"Bütün bunları təhlil edərək, Ermənistanın özünün milli maraqlarının nədən ibarət olduğunu, nəyin səmərəli olduğunu, nəyin qısamüddətli, nəyin ortamüddətli və nəyin uzunmüddətli fayda gətirdiyini bilmək və bundan çıxış etmək lazımdır, boş vədlərdən deyil", - o deyib.
Bu xəbər oxucular tərəfindən 491 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed