Şrift:
İran 28 ölkə ilə viza rejimini ləğv edir
01.02.2024 [10:07] - Gündəm
İran fevralın 4-dən 28 ölkə ilə viza rejimini ləğv edəcək.

Bu barədə İran xarici işlər nazirinin müavini Əlirza Bigdeli "IRNA" agentliyinə deyib.

Qeyd edək ki, bu ölkələr arasında Belarus, Qətər, Qırğızıstan, Meksika, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Özbəkistan və Yaponiya da var.

Beləliklə, siyahıya daxil olan 28 ölkənin vətəndaşları turist olaraq İrana səfər etmək istədikdə viza əldə etməli olmayacaqlar.

Nazir müavininin sözlərinə görə, Hindistan vətəndaşları yalnız hava yolu ilə sərhədi keçəcəyi təqdirdə viza almalı olmayacaqlar.
Bu xəbər oxucular tərəfindən 392 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed