Şrift:
Belçikada fermerlər küçələri yandırıblar
27.02.2024 [10:37] - Gündəm
Belçikada Avropa İttifaqının (Aİ) kənd təsərrüfatı siyasətlərinə etirazlarını davam etdirən fermerlər küçələrə atdıqları ot bağlamalarını yandıraraq polislə toqquşub.

Bu barədə xarici KİV məlumat yayıb.

Belə ki, Avropada ekoloji qaydalara və kənd təsərrüfatı siyasətlərinə qarşı fermerlərin etirazları şiddətlə davam edir.

Paytaxt Brüsseldə Aİ siyasətlərinə qarşı üsyan edən fermerlər küçələrə atdıqları ot bağlamalarını və barrikada kimi istifadə etdikləri təkər yığınlarını yandırıblar.

100-dən çox traktorla Aİ Kənd Təsərrüfatı Nazirlərinin görüşdüyü Aİ Şurasının yanına gələn fermerlər yolu bağlayarkən, çevik qüvvət polisi təzyiqli su və gözyaşardıcı qazla etirazçılara müdaxilə edib.
Bu xəbər oxucular tərəfindən 111 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed