Şrift:
Millimiz Litvanı məğlub etdi
29.02.2024 [11:54] - İdman
Qadın həndbolçulardan ibarət Azərbaycan yığması 2024-cü il Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxıb.

V qrupda mübarizə aparan millimiz 3-cü turda Litva ilə münasibətlərə aydınlıq gətirib.

İlk 2 turu məğlubiyyətlə başa vuran komandaların qarşılaşması həndbolçularımızın qələbəsi ilə başa çatıb. Bakı İdman Sarayında keçirilən oyunun ilk hissəsi heç-heçə yekunlaşıb. Son dəqiqələrdə daha dəqiq oynaya yığmamız 35:33 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, qrupda ilk qələbəsini qazanan milli 3-cü pilləyə yüksəlib. Qrupun digər matçında Şimali Makedoniya öz meydanında İspaniya ilə qarşılaşacaq.

Avropa çempionatı, seçmə mərhələsi
V qrup, 3-cü tur
Azərbaycan – Litva – 35:33 (18:18)
Bu xəbər oxucular tərəfindən 514 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed