Şrift:
Rusiya Türkiyəyə ən çox məhsul ixrac edən ölkədir
29.02.2024 [12:00] - İqtisadiyyat
Yanvar ayında Türkiyə Rusiyadan 4,32 milyard dollar həcmində məhsul idxal edib. Bu, idxal edilən məhsul və xidmətlərin ümumi həcminin 16,5 faizini təşkil edir.

Bu barədə Türkiyə Statistika İnstitutunun məlumatında deyilir.

Türkiyəyə ixrac həcminə görə, Rusiyadan sonrakı dörd yeri Çin (2,89 milyard dollar), Almaniya (1,91 milyard dollar), ABŞ (1,4 milyard dollar) və İtaliya (1,18 milyard dollar) tutur. Ölkəyə idxal edilən məhsulların 44,7 faizi siyahıdakı ilk beş ölkənin payına düşür.
Bu xəbər oxucular tərəfindən 652 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed