Şrift:
Taksilərə dair tələblər hazırdır
11.03.2024 [10:58] - Gündəm
Ötən il ərzində nəqliyyat sahəsində problemlərin həlli ilə bağlı qanunvericiliyə dəyişikliklər edildi. Bunların bir qismi tətbiq olunmaqdadır və bir qisminin də tətbiqi ilə bağlı işlər həyata keçirilir.

Bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda dinləmədə deyib.

O qeyd edib ki, taksilərlə bağlı məsələyə dair tələblər hazırdır və ümid edirik yaxın vaxtlarda qəbul ediləcək.

“Bu tələblər son razılaşdırma mərhələsindədir və Nazirlər Kabinetinə təqdim olunub. Ümid edirik ki, yaxın həftələrdə qəbul ediləcək.

Şəhərdə nəqliyyat sahəsində olan problemlərin biri də qayda pozuntularından irəli gəlir. Həm sürücülər tərəfindən, həm də piyadalar tərəfindən qaydaların pozulması ciddi problemlər yaradır”, - deyə Hümmətov əlavə edib.
Bu xəbər oxucular tərəfindən 278 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed