Şrift:
Yaponiya Aya iki astronavt göndərmək niyyətindədir
18.03.2024 [10:39] - Gündəm
Yaponiya Amerikanın “Artemida” kosmik proqramı çərçivəsində 2028-ci ildən sonra Aya iki astronavtı göndərmək niyyətindədir.

Müvafiq razılaşma Yaponiyanın Baş naziri Fumio Kişida ilə ABŞ Prezidenti Co Bayden arasında aprelin 10-da Vaşinqtonda planlaşdırılan görüşdən sonra rəsmiləşdirilə bilər.

ABŞ “Artemida” proqramı çərçivəsində 2026-cı ildə Amerika astronavtlarını Aya endirməyi planlaşdırır. 2028-ci ildən bu cür ekspedisiyaların mütəmadi olaraq həyata keçirilməsi gözlənilir. Əvvəlcədən razılığa əsasən, Yaponiyanın iki nümayəndəsi bu proqramda iştirak etməlidir.

Qeyd edək ki, 2019-cu il ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) üç mərhələdən ibarət “Artemida” proqramı həyata keçirir.
Bu xəbər oxucular tərəfindən 364 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed