Şrift:
Azərbaycanda taksidən istifadə edənlərin sayı bilindi
16.04.2024 [10:58] - Gündəm
Azərbaycanda taksidən istifadə edən sərnişinlərin sayı açıqlanıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, 2024-cü ilin yanvar-mart aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 30,4 milyon ton yük, 396,7 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə, müvafiq olaraq 7,2 faiz və 7,5 faiz artım qeydə alınıb.

Sərnişinlərin 95,3 faizi avtobus, 4,7 faizi (18.6 milyon) isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 9,4 faiz, sərnişin dövriyyəsi isə 8,3 faiz artıb.
Bu xəbər oxucular tərəfindən 160 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed