Şrift:
İsrail XİN 32 ölkəni SEPAH-ı terror təşkilatı kimi tanımağa çağırıb
16.04.2024 [11:05] - Siyasət
İsrailin xarici işlər naziri İsrael Katz 32 ölkəyə məktub yazıb, onları İranın raket proqramına sanksiya qoymağa çağırıb.

Bu barədə Katz “X” paylaşımında bildirib.

O, Tehranın həftə sonu İsrailə hücumundan sonra həmin ölkələri İranın raket proqramına qarşı sanksiyalar tətbiq etməyə və İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımağa çağırıb.

O, “İrana qarşı siyasi hücuma rəhbərlik etdiyini” vurğulayıb.

Lamiyə Şirinova
Bu xəbər oxucular tərəfindən 245 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed