Şrift:
ABŞ Demokratlar Partiyası Baydeninin namizədliyini qiyabi olaraq irəli sürücəklər
29.05.2024 [10:51] - Gündəm
Demokratlar Partiyasının Milli Komitəsi partiyanın milli qurultayı ərəfəsində noyabrda keçiriləcək seçkilərdə hazırkı ABŞ prezidenti Co Baydeni qiyabi olaraq prezidentliyə namizəd kimi irəli sürmək niyyətindədir.

Bu barədə Komitə sədri Ceymi Harrinsonun məktubunda bildirilib.

Məlumata əsasən, bu qərar, partiyaların prezident seçkilərinə ən azı 90 gün qalmış namizəd irəli sürməsini tələb edən Ohayo qanunundan irəli gəlir, əks halda onlar ştatda səsvermədə iştirak etməyəcəklər. C.Harrison Demokratların Baydenin adının 50 ştatın hamısında səsvermə bülletenində olmasını təmin etmək üçün ştat nümayəndələrinin səslərini virtual olaraq sayacağını açıqladı:

"Co Bayden Ohayoda və 50 ştatın hamısında səsvermə bülletenində qeyd olunacaq və Ohayo respublikaçıları bununla razılaşıb. Ancaq hərəkət etmək vaxtı gələndə, onlar iş göməyiblər, buna görə də Demokratlar bu təyyarəni təkbaşına endirəcəklər".
Bu xəbər oxucular tərəfindən 113 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed