Şrift:
Aİ və Norveç arasında təhlükəsizlik və müdafiə haqqında saziş imzalanıb
29.05.2024 [11:01] - Gündəm
Avropa İttifaqı və Norveç arasında təhlükəsizlik və müdafiə tərəfdaşlığı sazişi imzalanıb.

Sənədi Avropa İttifaqı adından xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Cozep Borrell və Norveçin xarici işlər və müdafiə nazirləri imzalayıblar.

Aİ-nin Xarici Xarici Fəaliyyət Ofsinin yaydığı açıqlamada bildirilib ki, bu tərəfdaşlıq Aİ-Norveç münasibətlərini növbəti səviyyəyə çıxararaq, həm Norveç, həm də Aİ vətəndaşlarına fayda verən kollektiv təhlükəsizliyə töhfə verəcək.

"Bu, Ukraynaya ümumi davamlı dəstəyimiz, Norveçin Aİ-nin Kollektiv Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) missiyalarında və əməliyyatlarında iştirakı və Aİ-nin müdafiə təşəbbüslərində iştirakı kimi mövcud əməkdaşlıq sahələrini əhatə edir. O, həmçinin dəniz təhlükəsizliyi, kibertəhlükəsizlik və dezinformasiya da daxil olmaqla xarici informasiya manipulyasiyası və müdaxiləsi ilə mübarizə kimi sahələrdə praktik əməkdaşlığımızı gücləndirir və sülh vasitəçiliyi üzrə yeni imkanlar təqdim edir", - açıqlamada deyilir.

Məlumatda qeyd olunub ki, tərəfdaşlıq mühüm infrastrukturun dayanıqlığı və sualtı infrastrukturun mühafizəsi kimi birgə fəaliyyətlər üçün yeni imkanlar müəyyən edəcək.

Qeyd edək ki, Norveç Şengen ərazisinə daxil olsa da, bu ölkə Avropa İttifaqının üzvü deyil. Avropa İqtisadi Zonası (AİB) üzrə Saziş Norveçin Aİ daxili bazarında iştirakını təmin edir.
Bu xəbər oxucular tərəfindən 191 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed