Şrift:
ABŞ-da seçki yarışında Baydenin yerinə əsas namizədin adı açıqlanıb
04.07.2024 [10:21] - Gündəm
ABŞ-ın vitse-prezidenti Kamala Harris, populyarlığının aşağı səviyyədə olmasına baxmayaraq, Co Baydenin yarışdan geri çəkiləcəyi təqdirdə onu əvəz etmək üçün ən çox ehtimal olunan namizəddir.

Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumatda da bildirildiyi kimi aşağı reytinqinə baxmayaraq, Harris qaradərili seçicilər və qadınlar arasında populyar olaraq qalır. Bundan əlavə, o, hazırkı prezidentlə yanaşı namizəd olduğu üçün Baydenin topladığı vəsaiti öz seçki kampaniyasını maliyyələşdirmək üçün istifadə edə biləcək.

Kamala Harris son vaxtlar Co Baydenin komandasında, o cümlədən milli təhlükəsizlik məsələlərində öz mövqeyini gücləndirir.
Bu xəbər oxucular tərəfindən 402 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed