Şrift:
Almaniya MN: Ukrayna bizim verdiyimiz silahlardan öz məqsədinə uyğun istifadə edə bilər
13.08.2024 [10:08] - Gündəm, Hərb
Almaniyanın Ukraynaya təqdim etdiyi silahlar təhvil verildiyi andan Ukraynanın mülkiyyətinə keçir, Kiyev lazımi və düzgün hesab etdiyi silahlardan istifadə edə bilər.

Bu barədə brifinqdə Almaniya Müdafiə Nazirliyinin sözçüsü Arno Kollats bildirib.

Müdafiə Nazirliyinin sözçüsü deyib ki, "Kursk vilayətinin ərazisindəki hərəkətlərin qeyri-qanuniliyindən söhbət gedə bilməz.

“Beynəlxalq hüquq öz dövlətini qorumaq naminə işğalçı ölkənin ərazisində hərbi əməliyyatlar keçirmək imkanını nəzərdə tutur. Almaniyadan verilən silahlar Ukraynaya təhvil verildikdən sonra onlar artıq Ukraynaya məxsusdur və Ukrayna silahlarıdır... Heç bir maneə yoxdur, ona görə də Ukrayna öz variantlarını seçməkdə azaddır", - deyən Müdafiə Nazirliyinin sözçüsü Ukraynanın beynəlxalq hüquq normalarını yerinə yetirməyə borclu olduğunu bildirib.

Kollats qeyd edib ki, uzaqmənzilli silahlardan istifadə fərqli, siyasi məsələdir.
Bu xəbər oxucular tərəfindən 942 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed