Şrift:
Səfir: Türkiyə Türkmənistanın TDT və TÜRKPA-ya tamhüquqlu üzv olmasını istəyir
05.09.2024 [10:56] - Türk dünyası-Turan
Türkiyənin Aşqabaddakı səfiri Ahmet Demirok Türkmənistanın Türk Dövlətləri Təşkilatına (TDT) və Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) tamhüquqlu üzv kimi daxil olmasını arzuladıqlarını bildirib.

Bu barədə “Star Gazetesi” məlumat yayıb.

“Türkmənistanın TDT və TÜRKPA-ya tamhüquqlu üzv kimi qoşulmasını arzu edirik. Türkmənistan türk dünyası ailəsinin çox önəmli bir üzvüdür. Türkmənistanın yaxın gələcəkdə TDT-yə tamhüquqlu üzv olması ilə türk dünyasında əməkdaşlığın daha da güclənəcəyinə tam inanırıq”, - deyə o əlavə edib.
Bu xəbər oxucular tərəfindən 478 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed