Şrift:
Rusiyanın Qafqaz üçün xüsusi briqada hazırlığı
05.03.2013 [13:05] - Xəbərlər, Siyasət
«Martın sonuna kimi Samara yaxınlığında yerləşən 15-ci sülh briqadası tamamilə peşəkarlardan ibarət olmalıdır». «Nevazisimaya qazeta»nın verdiyi məlumata görə, bu sözləri briqadanın nümayəndəsi Vasili Lebedev deyib.
Ekspertlər isə briqadanın peşəkar olmasına olan ehtiyacı 2013-cü ildə postsovet məkanındakı mümkün hərbi münaqişələrlə izah edirlər.


Samara vilayətinin hərbi komissarı Aleksandr Danşinanın məlumatına görə, 2012-ci ildə briqadaya müqavilə əsasında 300 hərbçi cəlb olunub. Ötən iki ay ərzində 230 nəfərin hərbi müqavilə ilə xidmətə cəld olunduğunu bildirən hərbi komissar 15-ci briqadanın yalnız samaralılar ilə doldurulmayacağını bildirib. Belə ki, briqadada Rusiyanın 29 regionundan müqavilə ilə xidmət etmək mümkün olacaq. Briqadanın hərbçilərinə postsovet respublikalarının, o cümlədən ingilis və digər dillərdə təlimlər keçiriləcək.
Kollektiv Tədlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) mənbə isə 15-ci briqadanın tezliklə təşkilatın birləşdirilmiş qərargahının tabeliyinə keçəcəyini və onun maraqlarında olan məsələləri həll edəcəyini bildirib. Bir müddət əvvəl KTMT-nin baş katibi Nikolay Bordyuja da təşkilatın himayəsi altında 2013-cü ildə Rusiya, Qırğızıstan və Belorusda keçiriləcək hərbi təlimlərdə 15-ci briqadanın bölmələrinin iştirak edəcəyini söyləmişdi.
MDB məkanında münaqişələrin həlli üçün hazırlandığı iddia olunan 15-ci briqadaya 2012-ci ildə sülhməramlı statusu verilib. Abxaziyada sülhməramlı missiyanı yerinə yetirən briqada Gürcüstanla 2008-ci ildəki qısamüddətli müharibədə iştirak edib. Rusiya hərbi bazası Rusiya-Gürcüstan müharibəsindən sonra yenidən formalaşdırmaq üçün yenidən Volqa regionuna köçürülüb. Briqadada 2000-ə yaxın əsgər və zabit xidmət edir.
Hərbi ekspert Yuri Netkaçkov hesab edir ki, briqadada xidmət göstərən hərbçilərin yüksək keyfiyyəti ilə münaqişə zonalarında kəşfiyyat və antiterror vəzifələrini həyata keçirmək mümkün olacaq. Rusiya Hərbi Elmlər Akademiyasının polkovniki Edvard Rodyukov rus sülhməramlılarının keçmiş Sovet İttifaqının üç regionunda münaqişə ocaqlarında vəzifə yerinə yetirə biləcəyini deyib: «Bunlar Dnestryanı, Cənubi Qafqaz və Mərkəzi Asiyadır. Bu regionlarda hər hansı münaqişə alovlana bilər. Bu halda isə siyasi bir həll üçün Samaradakı 15-ci briqada tələbat ola bilər». Hərbi ekspert, polkovnik Vladimir Popov isə bildirib ki, Dağlıq Qarabağda yaxın gələcəkdə hərbi əməliyyatların başlama ehtimalı var:
«Azərbaycanın hərbi xərcləri əhəmiyyətli dərəcədə artırılır. Bu müharibə üçün real hazırlıq olaraq göstərilə bilər. Bu əməliyyatlar çox qanlı olacaq, amma çətin ki, münaqişə tərəflərindən kimsə müəyyən uğur qazansın».

MDI araşdırma qrupu
Bu xəbər oxucular tərəfindən 784 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed