Şrift:
Bill Geyts G20 liderlərinə yoxsul ölkələrə yardımın həcmini artırmağı təklif edir
04.11.2011 [11:26] - İqtisadiyyat
“Microsoft”un banisi Bill Geyts G20 ölkələrinin liderlərinə dünya iqtisadiyyatındakı böhran təzahürlərinə baxmayaraq, iqtisadi və sosial inkişaf üçün yoxsul ölkələrə yardımın həcmini artırmağı təklif edib.

Bu il G20-yə sədrlik edən Fransa prezidenti Nikola Sarkozinin xahişi ilə yoxsul ölkələrdə inkişafın innovasiya maliyyələşdirilməsi haqqında hesabat hazırlayıb. Hesabat bu gün G20 liderlərinə təqdim olunacaq.

B.Geyts “France Presse” agentliyinə açıqlamasında mövcud böhranın əhəmiyyətini azaltmaq fikrində olmadığını bildirib: “Ancaq düşünürəm ki, onun öhdəsindən gəlmək və eyni zamanda yoxsul ölkələri də nəzərə almaq mümkündür. Bu ölkələrin sürətli iqtisadi inkişafı həm humanitar, həm də iqtisadi üstünlükdür”.

B.Geyts hesabatında maliyyə əməliyyatlarına vergi tətbiqini təklif edir ki, bu da illik 100-250 mlrd. dollar vəsait gətirə bilər. Digər təkliflər arasında yoxsul ölkələrə kömək üçün xaricdə yaşayan diaspor nümayəndələrinin inkişaf etməkdə olan ölkələrə pulköçürmələrinin dəyərini 5%-ə endirmək, ticarət daşımaları və aviasiya üçün yanacağa vergi tətbiq olunması da var.
Bu xəbər oxucular tərəfindən 1597 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed