Şrift:
Macarıstan Milli İnkişaf Nazirliyinin dövlət katibi Azərbaycana gələcək
11.03.2013 [12:11] - Gündəm, Bildiriş
Martın 14-də Macarıstan Milli İnkişaf Nazirliyinin dövlət katibi Pal Völnerin rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycana səfərə gələcək.

Macarıstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfər çərçivəsində P.Völner Şəhidlər Xiyabanını və Fəxri Xiyabanı ziyarət edəcək. Ardınca macarıstanlı qonaq Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovla və TRASECA daimi katibliyində görüşlər keçirəcək.

P.Völner həmçinin “Azərbaycan Dəmir Yolları” QSC-də görüş keçirəcək, Bakı şəhərinin Nəqliyyat İntellektual İdarəetmə Mərkəzi ilə tanış olacaq. Səfər martın 17-də başa çatacaq.
Bu xəbər oxucular tərəfindən 886 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed