Şrift:
Göyərtəsində 1200 sərnişin olan gəmi yanır
04.11.2011 [15:05] - Xəbərlər
Qırmızı dənizdə, İordaniya sahilləri yaxınlığında "Bella" adlı gəmi yanır. Türkiyə mətbuatının verdiyi xəbərə görə, yanğın göyərtəsində 1230 sərnişin olan gəminin yük hissəsində baş verib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürənlər və xilasedicilər, eləcə də gəmilər və helikopterlər cəlb olunub. Hazırda, təxminən 800 insan təxliyyə edilib, digər insanların təxliyyəsi aparılır.

Həmçinin, alovla mübarizə davam etdirilir. İordaniyanın Əl Aqabah limanından Misir sahillərinə yola düşən gəminin sərnişinləri arasında xəsarət alanların olmadığı bildirilir.
Bu xəbər oxucular tərəfindən 1050 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed