Şrift:
Obama: Fikrindən vaz keçməsə, bu, İrana çox baha başa gələcək
18.03.2013 [16:12] - Gündəm, Siyasət
ABŞ xəbərdarlıq etdi: “Bütün dünya təhlükə altındadır”

Bütün dünya Şimali Koreya və Pakistandan sonra növbənin kimə gələcəyini düşündüyü bir vaxtda İran hökuməti nüvə silahı ilə bağlı verdiyi açıqlamalarla diqqəti özünə yönəldib. İrandakı seçkilərdən sonra yaşanan olayların ardından nüvənin bütün dünyaya yayılması həyəcanı getdikcə artır. Türkiyə mətbuatı yazır ki, Yaxın Şərqdə gərginlik davam etdiyi bir vaxtda ABŞ prezidenti Barak Obamanın İsrail səfəri zamanı etdiyi çıxış böyük müzakirələrə səbəb olub. Belə ki, Obama bütün dünyanın təhlükə altında olduğunu və İranı durdurmaq üçün son anı gözləməyəcəyini deyib. İranın nüvə silahını inkişaf etdirməsi üçün qarşıda 1 ilinin olduğunu qeyd edən Obama bu planı əngəlləmək üçün əlindən gələni edəcəyini söz verib. O, bildirib ki, fikrindən vaz keçməyəcəyi halda bu, İrana çox baha başa gələcək.

ABŞ prezidentinin sərt çıxışını təhlil edən dünya politoloqlarının fikrincə, həmin açıqlamadan sonra Obama İran rejimi çökdürəcək qədər ciddi qərarlar verə bilər. Bundan isə təkcə İran deyil, regiondakı bütün ölkələr zərər görəcəklər.
Bu xəbər oxucular tərəfindən 1276 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed