Şrift:
Həcc ziyarətini başa vuran azərbaycanlı zəvvarlar sabahdan Vətənə dönməyə başlayacaq
08.11.2011 [13:13] - Xəbərlər
Həcc ziyarətini başa vurmuş azərbaycanlı zəvvarlar noyabrın 9-dan Vətənə dönməyə başlayacaq.

Bu barədə Azərbaycan Həcc missiyasının təşkilatçısı olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. O bildirib ki, ilk olaraq ziyarətə avtobusla getmiş zəvvarlar Vətənə yola düşəcəklər. Noyabrın 10-da isə ikinci avtobus karvanı yola düşəcək. Hər iki qrupda olan zəvvarların Vətənə qayıdarkən İraqın Kərbəla şəhərində müqəddəs yerləri ziyarət edəcəyi gözlənilir.

Noyabrın 14-dən isə Həccə təyyarə ilə getmiş azərbaycanlı zəvvarları geriyə qayıdacaqlar. Zəvvarlarımızı gətirən sonuncu təyyarə noyabrın 20-də Bakıya enəcək.

Qeyd edək ki, 2500 nəfər azərbaycanlı zəvvar 18 və 26 avtobusdan ibarət iki karvanla və 5 təyyarə ilə Həcc ziyarətinə yola düşüblər.
Bu xəbər oxucular tərəfindən 1096 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed