Şrift:
Türkiyə ilə İsrail arasında təzminat müzakirələri başlayır
23.04.2013 [11:06] - Gündəm, Türk dünyası-Turan
"Mavi Mərmərə" basqınında öldürülən türklərin ailələrinə təzminat ödənilməsiylə bağlı müzakirələr başlayır. Bu məqsədlə İsrailin baş naziri Bünyamin Netanyahunun müşavirləri Yaakov Amidror və Cosef Çehanover Ankaraya gəlir.
İki İsrail rəsmisi Xarici İşlər Nazirliyi Aparatının rəhbəri Firidun Sinirlioğluyla texniki müzakirələr aparacaq.
İsrail heyəti müzakirələrlə bağlı birbaşa Netanyahuya məruzə edəcək. İsrail heyətinin baş nazirin müavini Bülənt Arınç tərəfindən də qəbul edilməsi gözlənilir.
İsraillə təzminat müzakirələrinin aprelin 11-də keçirilməsi planlaşdırılırdı. Lakin baş nazirin müavini Bülənt Arınçın proqramı uyğun olmadığı üçün təxirə salınmışdı. "Mavi Mərmərə" qurbanlarına nə qədər təzminat ödənəcəyi məlum deyil. Ankara bu mərhələdə təzminatın miqdarıyla bağlı açıqlama verməməyə çalışır. Qurbanlar üçün bir fond yarasılması, təzminatın bu fonda verilməsi və bu fond üzərindən qurbanlarla əlaqə qurulması formulu üzərində durulur.
Türkiyə prosesin bazarlığa çevrilməməsini istəyir. Bu çərçivədə təzminat müzakirələrinin uzanmadan başa çatdırılması planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 803 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed