Şrift:
Pentaqon rəhbəri: ABŞ-la İsrail arasındakı silah razılaşması İrana çox açıq siqnaldır
23.04.2013 [11:28] - Siyasət, Hərb
“ABŞ-la İsrail arasında bir milyon dollarlıq silah razılaşmasının imzalanması ilə İrana çox açıq siqnal göndərdiyimizə şübhəm yoxdur”. APA-nın məlumatına görə, bunu ABŞ-ın müdafiə naziri Çak Heygel deyib

Onun sözlərinə görə, bu mesaj İranın nüvə silahı istehsalı etməsinin qarşısını almaq üçün hərbi variantın masa üzərində qaldığını xatırlatmaqdır: “ABŞ-la İsrail arasında İranın nüvə silahına sahib olmasının qarşısını almaq məsələsində heç bir fikir ayrılığı yoxdur. Sadəcə, İran nüvə silahı hazırlamağa qərar verdiyi təqdirdə hansı addımın atılacağı məsələsinə dair müəyyən fikir fərqlilikləri mövcuddur”.

Pentaqon rəhbəri deyib ki, ABŞ İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin diplomatik yolla həllində maraqlıdır: “Hələlik problemin sülh yolu ilə nizamlanması və sanksiyaların tətbiqi üçün vaxt var”.
Bu xəbər oxucular tərəfindən 766 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed