Şrift:
ETA silahı yerə qoymağa hazır olduğunu bəyan edib
11.11.2011 [10:48] - Gündəm
ETA bask separatçı qruplaşması İspaniyaya qarşı mübarizəsini dayandırmaq üçün növbəti addım atıb. Təşkilatın «Qara» bask qəzetinə müsahibə vermiş 2 nümayəndəsi hökumət ilə silahı yerə qoymaq barədə müzakirə aparmağa hazır olduqlarını bildiriblər.

Bu müsahibə ETA-nın atəşkəs elan etməsindən sonra verilib.

40 ilə yaxın İspaniyanın şimalında və Fransanın cənubunda yerləşən Baskoniyanın müstəqilliyi uğrunda mübarizə aparmış təşkilat kütləvi həbslər və əhali tərəfindən dəstəyin azlığı ucbatından ciddi zəifləyib. Bu dövr ərzində ETA 800-dən çox insanı qətlə yetirib.
Bu xəbər oxucular tərəfindən 912 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed