“Bu millətin milli dəyərlərinə və atributlarına toxunan hər kəsin üstündən tapdalayıb keçərik”
“Bu millətin milli dəyərlərinə və atributlarına toxunan hər kəsin üstündən tapdalayıb keçərik”
Fərəc Quliyev : - Bu suala cavabımı şablon bir davranış kimi qiymətləndirməyin. Mənim üçün məhbəsdə və ya azadlıqda olmağımın bir əhəmiyyəti olmayıb. Məhbəs mənim mübarizəmin bir mərhələsi, bir forması idi. Mənim fikirlərim və ideyalarım, milli istəklərim dəyişməyibsə, harada olmağımın heç bir əhəmiyyəti yoxdur. Biz Bayılda hər səhər oyananda “Azərbaycan” radiosunda, himn çalınanda bütün həbsxana sayğı duruşunda durub himni oxuyurduq. Bu, artıq adət halını almışdı. Hətta mən 13-cü, 14-cü kolonlarda olanda fərarilik maddəsi üzrə məhkum olunan dustaqlarla işləyirdik ki, narkomaniyaya qurşanmasınlar. Bunun nəticəsi olaraq onlar hər səhər yuxudan duranda himni oxuyurdular, idmanla məşğul olurdular. Mənimçün şərəf idi ki, üçrəngli bayraq başımızın üstündədir. Mən öz ölkəmin həbxanasını bir başqa dövlətin sarayından həmişə üstün tutmuşam...