Görüş zamanı Gürcüstanda yaşayan türklərin problemləri xüsusilə də Gürcüstanda ana dilində təhsilin vəziyyəti və mövcud problemləri əsas müzakirə mövzusu olub. Milli Məclisin deputatı Fərəc Quliyev bildirib ki, o Azərbaycan-Gürcüstan Parlamentlərarası dostluq qrupunun üzvü kimi Gürcüstanda yaşayan Azərbaycan türklərinin problemlərinin həlli üçün mümkün vasitələrdən istifadə edəcək, problemlərin həlli ilə bağlı addımlar atacaq.